“Qarabağ”ın Çempionlar Liqasında “Çelsi”yə qarşı oyunu Türkiyənin TRT telekanalından da canlı yayımlanıb.
İdmanxeber.az-ın məlumatına görə, görüşü türkiyəli məşhur şərhçi Levent Özçelik şərh edib. Tanınmış futbol adamı “Qarabağ”ın qollarında emosiyalarını saxlaya bilməyib.
Onun şərhi azərbaycanlı azarkeşlər tərəfindən sosial şəbəkələrdə maraqla qarşılanıb.