AZ

Dövlət Agentliyi və regional bölmələri noyabrın 10-11-də fəaliyyət göstərəcək

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 2025-ci il 10 və 11 noyabr tarixlərində fəaliyyət göstərəcək.

Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün agentliyə və onun regional bölmələrinə müraciət edə bilərlər.

Seçilən
24
7
azertag.az

8Mənbələr