AZ

Nyu-Yorkda avtomobil partlayıb - 7 yanğınsöndürən xəsarət alıb

Nyu-York şəhərinin Bronks məhəlləsində avtomobil partlayıb, yeddi yanğınsöndürən xəsarət alıb.

Ucnoqta.az bildirir ki, şəhərin yanğınsöndürmə idarəsi bu barədə məlumat verib.

Hadisə çərşənbə günü saat 19:00 radələrində baş verib. Yanğınsöndürənlər küçə yanğınının dağıntı yığınlarını və bir neçə avtomobili əhatə etməsi ilə bağlı zəngə cavab veriblər. Partlayışın səbəbi hələlik məlum deyil.

Məlumata görə, partlayış nəticəsində yeddi yanğınsöndürən xəsarət alıb.

Sosial mediada və yerli mediada yerləşdirilən hadisənin videolarında yanğın zamanı güclü alov dalğası görünür.

Seçilən
14
1
ucnoqta.az

2Mənbələr