AZ

ABŞ-də kimya zavodu partlayıb: sakinlər təxliyə olunur

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatında fəaliyyət göstərən, hidrogen və azotməhsulları istehsal edən müəssisədə baş verən partlayış ammonyaksızmasına səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşənyaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Missisipi qubernatoru Teyt Rivs sosial platforma "X"dəpaylaşımında yazıb ki, ştatın müxtəlif bölgələrindən fövqəladəhallar xidmətlərinin əməkdaşları Yazu şəhərinin şimalında yerləşən“CF Industries” zavodunun ərazisinə səfərbər olunublar.

Onun sözlərinə görə, partlayış nəticəsində ölüm və ya yaralanmaqeydə alınmayıb.

“Hadisəyə çevik reaksiya göstərdiklərinə görə Missisipi ştatınınbütün xilasedicilərinə və fövqəladə hallar işçilərinə təşəkküredirəm”, - Rivs əlavə edib.

Müəssisənin təxminən 48 min ton ammonyak saxlamaq gücü var,lakin partlayış baş verən anda orada dəqiq nə qədər ammonyak olduğuhələ müəyyən edilməyib.

Seçilən
92
az.trend.az

1Mənbələr