AZ

Növbəti ildən bu sahələrdə əmlak vergisi yeni qaydada hesablanacaq

Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.

Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyəri həddində azaldılır.

 Mürtəza

Seçilən
25
13
olke.az

10Mənbələr