AZ

Meksika Prezidenti ona sataşan şəxsi məhkəməyə verdi

Hurriyyet.az xəbər verir ki, Meksika prezidenti Klavdiya Şeynbaum Mexiko şəhərində ictimaiyyət qarşısındakı çıxışı zamanı onu öpməyə çalışan kişiyə qarşı ittiham irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Hadisə çərşənbə axşamı günü Milli Sarayın yaxınlığında baş verib və şahidlər tərəfindən videoya çəkilib.

Kadrlarda dövlət başçısının tərəfdarları ilə söhbət etdiyi zaman naməlum şəxsin ona arxadan yaxınlaşaraq öpməyə və əllərini uzadaraq toxunmağa cəhd elədiyi görünür. Şeynbaum dərhal kənara çəkilib, bundan sonra Prezidentin təhlükəsizlik komandasının əməkdaşı həmin şəxsi yaxalayıb.

Şeynbaum mətbuat konfransında deyib: "Hesab edirəm ki, mən şikeyət etməsəm digər meksikalı qadınlar nə edəcəklər? O, Prezidentlə belə davranırsa, bəs ölkəmizdəki digər qadınlarla necə davranarlar?"

Prezident şəxsi təcrübəsinə görə deyil, bu formada zorakılıqlarla qarşılaşmış digər qadınların xatirinə bu işi başa çatdırmağı qərara aldığını bildirərək deyib: "Mən hələ tələbə olanda bu halı yaşamışam. İndi addım atılmalıdır". Şeynbaum ilkin məlumata görə, şübhəlinin izdihamdakı digər qadınlara da sataşdığını qeyd edib.

Hürr Tərcüman

Seçilən
43
hurriyyet.az

1Mənbələr