AZ

KİV: ABŞ Qəzza üçün Dünya Bankı tərəfindən fond yaradılmasını təklif etdi

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə Qəzzada dair yeni qətnamə layihəsi təqdim edib. Sənəddə Dünya Bankı tərəfindən Fələstin anklavının bərpası üçün 2027-ci ilin sonunadək fəaliyyət göstərəcək xüsusi fondun yaradılması təklif olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton artıq qətnamə layihəsini rəsmi şəkildə TŞ üzvlərinə təqdim edib.

ABŞ-nin təşəbbüsü ilə hazırlanan layihədə, həmçinin, ABŞ və digər ölkələrə 2027-ci ilin sonunadək Qəzzada idarə olunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş səlahiyyətlərin verilməsi, bu müddətin isə uzadıla bilməsi qeyd olunur.

Layihə həmçinin beynəlxalq qüvvələrin formalaşdırılmasını nəzərdə tutur. Bu qüvvələr Qəzza sektorunun sərhədlərinin təhlükəsizliyini təmin etməli, mülki əhalini və humanitar dəhlizləri qorumağa, yeni fələstinli polis qüvvələrini hazırlamağa və anklavın demilitarizasiyasına cavabdeh olacaqlar.

Qeyd edilib ki, Vaşinqton administrasiyası qətnamənin səsverməsinin yaxın vaxtlarda keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzaya 2025-ci ilin yanvarında yerləşdirilməsini planlaşdırır.

Seçilən
60
teleqraf.com

1Mənbələr