AZ

Qeyri-neft sektorunda müqavilələrin sayı 90% artıb

BAKI, 6 noyabr. TELEQRAF

Ötən dövr ərzində zəl qeyri-neft sektoru üzrə qeydə alınan müqavirələrin sayı 90%-a qədər artıb. Vergi güzəştinin başlandığı dövrdə müqavilələrin sayı 540 min idi. Artıq 1 oktyabr vəziyyətinə bunların sayı 1 milyon 20 minə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günkü iclasında deyib.

Güzəştlərin müddətli əsaslarla tətbiq olunmasını, müddətin bitdiyi dövrdə onun iqtisadiyyata verdiyi effektin qiymətləndirilməsi, növbəti dövrdə bunun davam etdirilməsi daimi gündəmdədir. Biz hesab edirik ki, güzəştlər daimi ola bilməz. Biz hesab edirik ki, bizim təklif etdiyimiz 3 illik mərhələıi keçid kifayət qədər yumşaq keçiddir. Bu sahibkarlıq sahəsinə kifayət qədər dəstək olacaq. Biz qanunvericilikdə əsasən stimullaşdırıcı amillərə daha çox diqqət yetiririk.

Seçilən
20
teleqraf.com

1Mənbələr