AZ

"Azəristiliktəchizat" borclu abonentləri MƏHKƏMƏYƏ VERİB - 4 milyon ümumi BORC

Əhalinin "Azəristiliktəchizat" ASC-yə ümumilikdə 4 milyon 444 min 523 manat borcu var.

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O, bildirib ki, uzun müddətdir quruma borcu olan şəxslər məhkəməyə verilib. Hazırda 31 fiziki şəxslə bağlı məhkəmə icraatı davam edir.

Qurumun açıqlamasına görə, son üç ildə əhali qrupunda istilik xidmətlərinə görə ödəniş göstəriciləri müsbət dinamika nümayiş etdirib:

2023-cü ildə əhali istehlakçı qrupunun ödəniş səviyyəsi 71,3%, ümumi göstərici isə 86,8% olub;

2024-cü ildə bu rəqəmlər müvafiq olaraq 77,6%89,3% təşkil edib;

2025-ci ildə isə əhali üzrə ödəniş səviyyəsi 88,9%, ümumi göstərici isə 88,7% olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 5 sentyabr 2023-cü il tarixində qəbul edilmiş istilik enerjisindən istifadə qaydaları haqqında qərara əsasən 15 noyabr tarixində Azərbaycan Respublikasında istilik mövsümü başlayır və aprelin 15-də yekunlaşır. Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında isə istilik mövsümü noyabrın 1-i başlayır və mayın 1-i yekunlaşır.

Banu Hüseynli

Seçilən
11
1
far.az

2Mənbələr