AZ

Samir Bağırov "Dön"lə yenidən sənətə döndü

Səhnəmizin ekstravaqant müğənnisi Samir Bağırov uzun fasilədən sonra yenidən sənətə dönüb.

Far.Az xəbər verir ki, o "Dön" adlı yeni mahnısını və klipini sevənlərinə təqdim edib.

Mahnının sözləri və musiqisi istedadlı musiqiçi Rafoya (Rafael Şabanov) aiddir.

Mahnının əsas motivi "Qarabağ kimi dön" ifadəsində öz əksini tapıb.

Bu misra ayrılıqdan sonra qayıdışı, vətənə dönüşü və zəfər ruhunu simvolizə edir. Sözlərdə yalnız bir fərdin deyil, bütöv bir xalqın hissləri, yaşantıları və arzuları əks olunur.

Samir Bağırov bu işin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

"Bu mahnıda həm şəxsi duyğularım, həm də xalqımızın qələbə ruhu əks olunub. Qarabağ bizim qürurumuzdur, bu layihə də həmin duyğulara musiqili bir ifadədir."

Klip müğənninin rəsmi YouTube kanalında yerləşdirilib və qısa zamanda marağa səbəb olub.

Seçilən
36
far.az

1Mənbələr