AZ

Bakı şəhəri 225 nömrəli məktəbdə Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib

Bakı şəhəri, Telman Abbasov adına 225 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli”nə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Turkustan.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Məktəbin təşkilati işlər üzrə direktor müavini, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalova çıxışında Azərbaycanın müstəqillik və suverenlik yolunda keçdiyi şərəfli tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Zəfərin xalqımızın taleyindəki misilsiz əhəmiyyətini vurğulayıb.

Tədbirdə Vətənimizin müstəqillik yolu, ordumuzun rəşadəti və dövlətimizin gücü barədə geniş məlumatlar təqdim olunub. Məktəbin nəzdində yaradılmış Kiçik Akademiyanın şagirdləri Vətənə həsr olunmuş şeirlər səsləndirib, 44 günlük Vətən müharibəsindən bəhs edən səhnəciklər nümayiş etdiriblər. Tədbir tarixi Qələbəmizə həsr olunmuş musiqi kompozisiyası ilə davam edib.

Məktəbin direktoru Sevda Eminova çıxışında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının hər bir vətəndaş üçün müqəddəs borc olduğunu qeyd edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.

Tədbirdə filologiya elmləri doktoru Esmira Fuad, “Kimsəsiz uşaqların sosial müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə, Nərimanov rayon MKS-in baş metodisti Kamilə Novruzova, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, eləcə də yazıçı-publisist Əli Yunisov çıxış edərək Azərbaycan Ordusunun qazandığı Qələbənin ölkəmizin suverenliyinin əbədi rəmzinə çevrildiyini bildiriblər. Onlar bu kimi tədbirlərin gənc nəslin milli kimlik və vətən sevgisinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri Bərşad Hüseynov və Ülfət Hüseynli öz döyüş xatirələrini bölüşərək gənclərə Vətənə sədaqət, dövlətçiliyə və birliyə sadiq olmağı tövsiyə ediblər.

Tədbir məktəb şagirdlərinin vətənpərvər ifaları ilə davam edib. İfaçı Taleh Zəngilanlı “Yaşa, Azərbaycan”, Aylin Əliyeva “Azərbaycan”, eləcə də Nigar və Əziz Heydərlilər “Azərbaycan” mahnılarını böyük ruh yüksəkliyi ilə səsləndiriblər.

Sonda tədbir iştirakçıları Zəfər Gününün dövlətimizin suverenliyinin möhkəmlənməsində mühüm tarixi hadisə olduğunu bir daha vurğulayaraq, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Seçilən
44
turkustan.az

1Mənbələr