AZ

Qırğızıstan Suriyaya 150 ton humanitar yardım göndərib

BAKI, 6 noyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə Suriyaya 150 tondan çox humanitar yardım göndərilib.

Teleqraf xəbər verir ki, yardım ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, eləcə də Türkiyənin səlahiyyətli orqanlarının köməyi ilə çatdırılıb.

Xüsusi kampaniya çərçivəsində Suriyaya əsas ərzaq məhsulları - un, düyü, şəkər, bitki yağı və sair göndərilib.

Suriya hökumətinin nümayəndələri Prezident Əhməd Şaraa və bütün xalq adından Qırğızıstan xalqına minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı tərəflər mövcud problemli məsələlər, regional gündəlik və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Seçilən
36
teleqraf.com

1Mənbələr