AZ

İsveçrə baş direktorları Trampla tariflərin ləğvini müzakirə ediblər

Altı isveçrəli icraçı direktor ABŞ Prezidenti Donald Trampla İsveçrə mallarına tətbiq edilən rüsumların ləğvini müzakirə etmək üçün görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tribune de Genève (TdG) qəzeti məlumat yayıb.

Görüş Oval kabinetdə baş tutub. Nümayəndə heyəti əsasən Cenevrədə yerləşən transmilli şirkətlərin rəhbərlərindən ibarət olub.

Biznes liderləri birgə bəyanatlarında görüşün “İsveçrə ilə ABŞ arasında iqtisadi əlaqələrin möhkəmliyini və davamlılığını vurğulamaq məqsədi daşıdığını” bildiriblər.

Seçilən
31
1
operativmm.az

2Mənbələr