AZ

“Bu işgəncəyə son verin” - 142 nömrəli marşrutdan ŞİKAYƏT

142 nömrəli marşrut xəttində yaranan gecikmələr əhalinin narazılığına səbəb olub.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşılan şikayətlərdə avtobusların xeyli yubandığı bildirilib.

Sakinlərdən birinin sözlərinə görə, bu marşrutdan istifadə etmək demək olar ki, mümkünsüzdür:

“Marşrutun intervalı normal şəraitdə (tıxac və hava problemi olmayanda) 20 dəqiqə, hava şəraiti bugünkü kimi olduqda isə 50 dəqiqədən çox olur. Nə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), nə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi problemə həll yolu tapmır. Xahiş edirəm, bu işgəncəyə son verin, sonra qiymət artımı tələbi edərsiz. Ərazi üzrə alternativ marşrut xətləri açılmalıdır”, - deyə vətəndaş bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik.Qurumun mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, sərnişin tələbatına uyğun olaraq 142 nömrəli marşrutda 9 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:

“Marşrutun keçdiyi küçə və prospektlərdə, xüsusən günün pik saatlarında müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervala da təsir göstərir. Buna baxmayaraq daşıyıcıya xəttin nizamlı fəaliyyətin təmin edilməsi, avtobus parkının yenilənməsi və sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb olunması barədə tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq”.

Xəbər 4 dəfə oxunub.
Seçilən
20
2
xezernews.az

3Mənbələr