AZ

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə vergi güzəşti tətbiq ediləcək

İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün vergi güzəşti tətbiq ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad ediləcək.

174.5-ci maddədə bildirilib ki, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Seçilən
14
7
operativmm.az

10Mənbələr