AZ

Əhaliyə xəbərdarlıq: Sabah...

Sabah, noyabrın 7-də Yer kürəsinin sakinləri ilin ən güclü geomaqnit qasırğasını yaşayacaqlar.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, bu dəfəki maqnit qasırğası hətta son illərin ən güclülərindən biri olacaq.

Qeyd edilir ki, astronomlar Günəş tərəfindən atılan plazma buludlarının hərəkətinin ilk modelini və geomaqnit aktivliyinin ilkin proqnozunu formalaşdırıblar.

Vurğulanır ki, G3-G4 intensivliyində maqnit fırtınaları gözlənilir, yəni fırtınalar güclüdən çox güclüyə qədər dəyişəcək.

"Gün ərzində yenidən hesablandıqda, bu diapazon çox güman ki, G4-G5 diapazonuna keçəcək", - məlumatda qeyd olunur.//Publika.az

Xəbər 4 dəfə oxunub.
Seçilən
6
2
xezernews.az

3Mənbələr