AZ

Naxçıvan Təhsil Nazirliyi və tabeliyində olan müəssisələr İKT və məişət avadanlıqları ala bilmir

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələr ehtiyac olan İKT və məişət avadanlıqlarını ala bilmir.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb elan olunan tenderin ləğv edilməsidir.

 

Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin ümumi dəyəri 715 598 AZN olub.

 

Cabir

Tarix: 6 Noyabr 2025, 12:11   
Seçilən
33
pravda.az

1Mənbələr