“Qarabağ”ın UEFA Çempionlar Liqasında ötən gecə Bakıda “Çelsi” ilə heç-heçəsinə (2:2) məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül da reaksiya verib.
Publika.az xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında “Qarabağ”ın Çempionlar Liqasında dastan yazmağa davam etdiyini vurğulayıb:
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi. Halal olsun, Qarabağ! Çempionlar Liqasında dastan yazmağa davam”.
Qeyd edək ki, Mahsun Kırmızıgül Azərbaycan futboluna yad sima deyil. O əvvəl dəfələrlə “Xəzər Lənkəran” komandasının oyunlarını stadiondan izləyib.