Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Albaniyanın Dürres şəhərində keçirilmiş 20 və 23 yaşadək gənclər arasında Avropa birinciliyi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, hava limanında jurnalistlərə açıqlama verib.
F.Umudov Ermənistan təmsilçisi Narek Mkrtçyanın həmin yarışda Azərbaycan himni səslənərkən etdiyi təxribat barədə Avropa Ağırlıqqaldırma Federasiyasına rəsmi müraciət etdiklərini də bildirib:
“Həm Ravin Alməmmədov, həm də Tehran Məmmədov onlara bəslənən ümidləri doğrultdular. Bildiyiniz kimi Avropa birinciliyində gənclərin yarışında sonuncu dəfə 10 il əvvəl qızıl medal qazanmışdıq. Ravin bu uğuru təkrarlamaqla yanaşı, Avropa birinciliyinin rekordunu da müəyyənləşdirdi və bu federasiya olaraq doğru yolda olduğumuzun göstəricisidir. Yarış zamanı Ermənistan idmançısının fəxri kürsüdəki davranışlarına gəlincə. Bununla bağlı suallara da aydınlıq gətirmək istərdim. Əvvəla onu bildirim ki, biz hər zaman idmançılarımıza, xüsusən də gənclərə hər hansı təxribat xarakterli davranışlara uymamağı aşılayırıq. Erməni atletin mükafatlandırma mərasimində idmançı etikasına zidd hərəkətinin müqabilində biz soyuqqanlı davranış nümayiş etdirdik. Mükafatlandırma mərasimi bitən kimi yarışın təşkilat komitəsinə narazılığımızı bildirdik. Ədalət naminə deməliyik ki, mərasimdən sonra Ermənistan Ağırlıqqaldırma Federasiyası rəhbərlik səviyyəsində bizi təbrik etdi və baş vermiş hadisəyə görə üzrxahlığını ifadə etdi.
Bununla belə Dövlət və onun rəmzlərinə münasibətdə səhv davranışa güzəşt edə bilmərik. Tərəfimizdən Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi və yarışın müvafiq komitəsinə baş vermiş hadisə ilə bağlı narazılığımızı əvvəlcə şifahi, daha sonra yazılı formada bildirdik. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə məsələyə dərhal reaksiya verdi və Avropa Ağırlıqqaldırma Federasiyası rəhbərliyinə rəsmi məktub ünvanlandı. İnanırıq ki, bu məsələyə münasibətdə ən ədalətli qərar veriləcək və oxşar hallar təkrarlanmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, bizim təmsil olunduğumuz heç bir yarışda Azərbaycanın adına, dövlət rəmzlərinə xələl gətirilə bilməz. Azərbaycan və Ermənistan arasındakı bütün suallara 5 il öncə aydınlıq gəldi və biz indi sülhə doğru addımlayırıq. Fürsətdən istifadə edib qarşıdan gələn Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Qoy bayrağımız hər zaman ucalarda dalğalansın”.
Qeyd edək ki, Ermənistan təmsilçisi Azərbaycan idmançısı Ravin Alməmmədovun şərəfinə Dövlət Himni səslənən zaman fəxri kürsüdə qeyri-etik hərəkətlər edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.