2025-ci ilin üçüncü rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG-dən) Azərbaycan dövlətinə Səngəçal terminalından və “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı təhvil verilib.
Bp-dən Teleqraf-a verilən məlumata əsasən ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, 2025-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG-dən) Azərbaycan dövlətinə Səngəçal terminalından və “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr səmt qazı təhvil verilmişdi.