AZ

Komitə sədri: Büdcədən ayrılan vəsait onkoloji xəstələrin müalicəsi üçün yetərli deyil

BAKI, 6 noyabr. TELEQRAF
2026-cı ilin dövlət büdcəsində 45 faizi sosial sahəyə yönləndiriləcək.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard manata çatdırılacaq:
“Müqayisə üçün deyim ki, 5 il bundan öncə bu xərclər 8 milyon təşkil edirdi. Əminəm ki, gələcəkdə bütün səhiyyə xidmətləri icbari tibbi sığortaya cəlb ediləcək”.
Komitə sədri deyib ki, əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin aşağı olması problem olaraq qalır:
“Bu xüsusilə bölgələrdə və regionlarda ciddi problemdir. Həmin sahədə müəyyən işlər getsə də, uğurlu nəticə görmürük. Növbəti ildə İcbari tibbi sıoirta vəsaiti hesabına bu sahəyə də diqqət göstərilməsi yaxşı olar.
Büdcədən ayrılan vəsait onkoloji xəstələrin müalicəsi üçün yetərli deyil. Bu sahəyə diqqətin arıtılmasını təklif edərdim”.

Seçilən
44
teleqraf.com

1Mənbələr