AZ

Nazir: Azərbaycan dövlət borcunun ÜDM ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) həcmi 134.1 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.9% real artım deməkdir. Son beş ildə nominal ÜDM 36.7 milyard manat (39.3%) artıb, real artım isə 19% təşkil edib".Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 2026-cı ildə 101.7 milyard manat olacaq və bu da 5% real artım deməkdir:"Son beş ildə qeyri-neft sektorunda nominal artım 36 milyard manat və ya 62.7%, real artım isə 34% təşkil edib"."2026-cı ilin büdcə proqnozları hazırlanarkən neftin bir barelinin orta ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4.8%, ABŞ dollarına nisbətdə məzənnə isə 1.7 manat səviyyəsində nəzərdə tutulub.2025-ci ilin 1 oktyabr tarixinə dövlət borcu 25.4 milyard manat və ya ÜDM-in 19.5%-i səviyyəsindədir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2.2 faiz bəndi azdır. 2026-cı ilin sonuna bu nisbətin 21.8%, 2029-cu ilə isə 21.2% səviyyəsində qalacağı proqnozlaşdırılır. Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə görə ən aşağı göstəriciyə malik 20 ölkə arasında yer alır", - nazir deyib.O əlavə edib ki, dövlət borc portfelinin 67.2%-i (17.1 milyard manat) daxili, 32.8%-i (8.3 milyard manat və ya 4.9 milyard dollar) isə xarici borcdur:"Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır. İstiqrazların orta ödəmə müddəti ilin əvvəlindən 2.4 dəfə artaraq 3.52 ilə çatıb. 7 və 10 illik istiqrazların portfeldə payı 0.6%-dən 30.5%-ə yüksəlib.""2025-ci il oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 81.5 milyard ABŞ dolları təşkil edir. Bu məbləğ ölkənin xarici dövlət borcunu təqribən 17 dəfə üstələyir. 2026-cı ildə Dövlət Neft Fondunun gəlir və xərcləri balanslaşdırılmış şəkildə - 7.7 milyard dollar səviyyəsində proqnozlaşdırılıb. Neftin 65 dollarlıq qiymət ssenarisi ilə Fondun ehtiyatlarında azalma gözlənilmir. 2026-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təqribən 1 milyard dollar (1.65 milyard manat) azaldılacaq.2029-cu ilə qədər bu transfertlərin həcmini əlavə 1.55 milyard dollar azaldaraq 6 milyard dollara endirmək planlaşdırılır", - nazir əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
demokrat.az

2Mənbələr