AZ

ABŞ İsraili HƏMAS döyüşçülərinə təhlükəsiz keçid təmin etməyə məcbur edir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ İsraili, hazırda Qəzzənin cənubundakı Rafah şəhəri yaxınlığında, İsrailin nəzarətində olan "sarı xətt" zonasında tunellərdə gizlənən 100-200 HƏMAS döyüşçüsünə təhlükəsiz keçid təmin etməyə çağırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti, Yaxın Şərqdəki bir diplomata istinadən məlumat yayıb.

"Vaşinqton bu təklifi, ABŞ prezidenti Donald Trampın Qəzzadakı müharibəni dayandırmaq məqsədilə irəli sürdüyü 20 maddəlik planın bir hissəsi olaraq, geniş silahsızlaşdırma və amnistiya proqramının başlanğıcı kimi qiymətləndirir", - deyə Yaxın Şərq diplomatı, "Axios" xəbər saytında yayımlanan məlumatları təsdiqləyib.

Tramp administrasiyası, HƏMAS döyüşçülərinin silahlarını ABŞ-ın rəhbərlik etdiyi Vətəndaş-Hərbi Koordinasiya Mərkəzinin nümayəndələrinə təhvil verməli olduqlarını, sonra isə onlara ya üçüncü bir ölkəyə, ya da "sarı xətt"in qərb tərəfinə təhlükəsiz keçid təmin ediləcəyini təklif edir.

Diplomatın sözlərinə görə, ABŞ son günlər İsrail və Türkiyə ilə danışıqlar aparır. İsrail təklifi rədd etməyib, amma bütün döyüşçülərin sərbəst buraxılmasına qarşı çıxıb, bəzi döyüşçülərin israillilərə hücumlarla əlaqəli olduğunu və onlara İsrail Hərbi Qüvvələri tərəfindən həbs edilməli olduğunu bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr