AZ

“Tərbiyə nağıldan başlayır “ adlı kitabı işıq üzü görüb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Tərbiyə nağıldan başlayır “ adlı kitabı işıq üzü görüb.

AZƏRTAC xəəbər verir ki, kitabda çağdaş Azərbaycan ədəbiyyatının bir çox dəyərli müəlliflərinin - Elçin Hüseynbəyli, Sevinc Nuruqızı, Qəşəm Nəcəfzadə, Naringül Nadir, Şəfa Vəli, Ülviyyə Niyazqızı və Əfsanə Laçının nağılları, hekayələri və şeirləri yer alıb.

Layihənin rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, kitabın tərtibatçısı AYB-nin üzvü, Prezident təqaüdçüsü Sevinc Yunuslu, üz qabığı isə rəssam Şəlalə Məmmədə məxsusdur.

Nağıllarımız milli- mənəvi dəyərimizdir. Layihənin məqsədi son dövrlər kəskin şəkildə virtual dünyaya bağlanan, telefon, kompüter aludəçiliyinə doğru gedən, nağıllarımızdan uzaqlaşan balalarımızı yenidən nağıllarımıza, kitablara qaytarmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr