AZ

Bakıda ev satmaq adı ilə vətəndaşları aldadanlara AĞIR CƏZA verildi

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Xəzər Əliyevin və Xanlar Cəfərovun 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini istəyib.Prokuror Xəzər Əliyevə 7 il 6 ay, Xanlar Cəfərovun əvvəlki cəzası da toplanılmaqla 11 il, Oqtay Adışovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Təqsirləndirilən şəxslərin vəkilləri onlara bəraət hökmünün çıxarılmasını xahiş edib.Məhkəmənin yekun iclasında hökm oxunub. Hökmə əsasən, Xəzər Əliyev 2 il dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə, Xanlar Cəfərov isə 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.Oqtay Adışova isə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.Zərərçəkənlər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib.Qeyd edək ki, ittihama görə, hər üç şəxs əlbir olaraq ev satmaq adı ilə 3 nəfər zərərçəkənin ümumilikdə 139 min manata yaxın pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər. Məhkəmə istintaqı zamanı dəymiş ziyandan 32 min manatı zərərçəkənlərə ödənilib.Xanlar Cəfərov, Xəzər Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə, Oqtay Adışova qarşı isə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham olunub.Əlavə edək ki, Xanlar Cəfərov "Avro Qrand" MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.O, bundan əvvəl dəfələrlə məhkum olunub. X.Cəfərov sonuncu dəfə ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
bizim.media

5Mənbələr