Azərbaycanda demokrafiq inkişafla bağlı dövlət proqramının qəbul olunmasına ehtiyac var. Bunu deputat Musa Quliyev 2026-ci ilin dövlət büdəcsinin müzakirəsi zamanı deyib.
"10–15 ildən sonra əmək bazarında struktur problemləri yarana bilər. Bu səbəbdən o, ölkədə demoqrafik inkişafla bağlı dövlət proqramının hazırlanmasına ehtiyac var", - deputat bildirib.
Deputat həmçinin bildirib ki, Azərbaycanda insanların səhiyyə xidmətlərinə əlçatanlığı son illərdə yüksəlib
Deputat vurğulayıb ki, səhiyyə sisteminin dayanıqlı inkişafı üçün özəl sektorun potensialından daha geniş istifadə olunmalıdır. “Səhiyyə dövlətin əsas prioritetlərindən biridir. Sadəcə vəsaiti artırmaqla yox, idarəetmə və xidmət keyfiyyətində də dəyişikliklər vacibdir,” – Quliyev qeyd edib.
Gülnar Nazimqızı