AZ

“Qanuni oğru” Ermənistanda saxlanıldı

BAKI, 6 noyabr. TELEQRAF

Ermənistanda kriminal dairələrdə Gevorik Oşakanski kimi tanınan “qanuni oğru” Gevork Məlikyan saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, Məlikyan cinayətkar qrup üzvlərindən birindən Rusiya ərazisində G.M. adlı vətəndaşın böyük məbləğdə pul qazandığını öyrənib və ondan 250 min dollar tələb edib. Zərərçəkənin bacısı bundan sonra başqa bir “qanuni oğru” S.Q.-ya müraciət edib. O, müəyyən məbləğ qarşılığında məsələnin həllinə razılaşıb. Nəticədə tərəflər 66 min dollar məbləğində razılığa gəliblər.

Faktla bağlı bir neçə maddə üzrə kriminal iyerarxiyada yüksək statusun əldə edilməsi və ya saxlanması, həmçinin cinayətkar qrupun yaradılması və ya ona rəhbərlik edilməsi ittihamları ilə cinayət işi başlanıb. G.M. saxlanılıb, S.Q. barəsində isə həbs qərarı verilib və onun məhkəməyə gətirilməsi nəzərdə tutulur.

Bu, Gevorik Oşakanskinin adının hallandığı ilk cinayət işi deyil, 2020-2022-ci illərdə Məlikyan artıq cinayətkar qrupda iştirak ittihamı ilə həbsdə olub, daha sonra isə zaminə buraxılıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr