AZ

Tramp: ABŞ “bitkoin supergücü” olmalıdır

ABŞ prezidenti Donald Tramp Mayamidə keçirilən “America Business Forum” tədbirində çıxışı zamanı ölkəni “bitkoin supergücü”nə və “dünyanın kriptopaytaxtı”na çevirmək istədiyini bir daha bəyan edib.

“Biz burada əsas sənayeni dəstəkləmək üçün toplaşmışıq”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, o, “hakimiyyətin kriptovalyutalara qarşı apardığı müharibəyə son qoyan tarixi fərmanlar imzalayıb.

Tramp sənayenin miqyasını və tanınmış sahibkarların oradakı iştirakını vurğulayıb: “Bu, böyük bir sənayedir. Mənim çoxlu tanışlarım var – əla biznesmenlərdir, müxtəlif sahələrlə məşğuldurlar, amma kriptobazarda da iştirak edirlər”.

O, həmçinin rəqəmsal aktivlərin dollara dəstək verdiyini qeyd edib: “Kriptovalyutalar dollar üzərindəki təzyiqi azaldır. Onlar böyük fayda gətirir.” Bununla yanaşı, Tramp əvvəlki administrasiyanı tənqid edib: “Bayden kriptobazara qarşı çox sərt idi. Onlar bu insanları təqib edirdilər. Bu, dəhşətli idi”.

Trampın sözlərinə görə, ABŞ daha fəal olmalıdır ki, təşəbbüsü digər ölkələrə buraxmasın: “Əgər biz bu sahəyə lazımi şəkildə yanaşmasaq, bununla Çin məşğul olacaq. Onlar artıq başlayıblar, digər ölkələr də. Bu, böyük bir sənayedir”.

Prezident kriptobazarla bağlı yeni təşəbbüslər, tarixlər və ya qərarlar barədə məlumat verməyib.

Seçilən
24
banker.az

1Mənbələr