AZ

Aİ Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa İttifaqı Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizalarının verilməsini demək olar ki, tamamilə dayandırmağı planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Yeni qaydalara əsasən, rusiyalılara əsasən tək girişli vizalar veriləcək, istisnalar isə yalnız humanitar hallara və ya Aİ vətəndaşları ilə ailə əlaqəsi olan şəxslərə şamil ediləcək.

Tədbirin bu həftə təsdiqlənəcəyi gözlənilir. Brüssel artıq 2022-ci ildə Rusiya ilə viza sadələşdirilməsi sazişini dayandıraraq prosesi çətinləşdirmişdi. Baltik ölkələri və Polşa isə ruslara turist vizalarını tamamilə qadağan edib.

Aİ statistikasına görə, Rusiya 2024-cü ildə Şengen vizasına ən çox müraciət edən ölkələrdən biri olub — 606 min müraciətdən 500 mindən çoxu təsdiqlənib. Əsasən Macarıstan, Fransa, İspaniya və İtaliya ruslara viza verməyə davam edir.

Avropa Komissiyası dekabrda yeni viza strategiyası təqdim etməyi planlaşdırır. Strategiya düşmən ölkələr hesab edilən dövlətlərə qarşı daha sərt viza nəzarətini nəzərdə tutur.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
icma.az

1Mənbələr