AZ

Azərbaycan elminin uğurlarına Türkiyənin uğurları qədər sevinirik

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA ilə Ankara Universiteti arasında ciddi əməkdaşlıq əlarələri var. Təsadüfi deyildir ki, 80 illik yubileyi biz öncə Ankara Universitetinin ev sahibliyi ilə Türkiyə Elmlər Akademiyası ilə birlikdə geniş bir heyət ilə qeyd etmişik. Bu baxımdan, biz AMEA-nın bu günkü uğurlarını və yüksəldiyi səviyyəni görəndə öz uğurlarıımız qədər sevinirik və bunu Türkiyə və Azərbaycanın ortaq qazancı hesab edirik.

Bu fikirləri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar deyib.

Rektor Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirakından məmnunluğunu ifadə edib və qeyd edib ki, bu onun ilk gəlişii deyil:

“Biz AMEA ilə, o cümlədən hörmətli Azərbaycan alimi və hazırda akademiyanın prezidenti olan İsa Həbibbəyli ilə uzun illərdir sıx əməkdaşlıq edirik. Bu gün AMEA ilə Ankara Universiteti arasında ciddi əməkdaşlıq əlarələrimiz mövcuddur. Təsadüfi deyildir ki, 80 illik yubileyi biz öncə Ankarada Türkiyə Elmlər Akademiyasının rəhbərliyi ilə birlikdə geniş bir heyət ilə qeyd etmişik. Bu baxımdan, biz AMEA-nın bu günkü uğurlarını və yüksəldiyi səviyyəni görəndə öz uğurlarıımz kimi sevinirik və bunu Türkiyə və Azərbaycanın ortaq qazancı hesab edirik. 

N.Ünüvar əlavə edib ki, bu gün Azərbaycandakı akademiklərlə, universitetdə çalışan müəllimlərlə sıx əlaqələr, ortaq elmi msləhətləşmələr mövcuddur. Bu baxımdan, ortaq planlarımızı, ideyalarımızı daha da genişləndirməli və inkişaf etdirməliyik. Həm də ona görə etməliyik ki, Türkiyə və Azərbaycan xalqlarının ortaq qardaşlıq maraqları bunu tələb edir. 

Anar Turan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr