AZ

Bu güzəştlər də real iqtisadiyyata müsbət dinamika verəcək

Yazını böyüt
Yazını kiçilt

"İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib".

Hafta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək:

"Daha bir sıra güzəştlər var ki, onlar da real iqtisadiyyata müsbət dinamika verəcək. Bunlar kənd təsərrüfatı üzrə güzəştlərin balıqçılıq məhsullarına şamil olunması, ictimai iaşə sahəsində nağdsız dövriyyəyə görə vergi güzəştlərinin tətbiqi fiziki şəxslərin xaricdən əldə etdiyi dividendlərə vergi endirimi, media və dövlət sektoruna aid digər güzəştlərin müddətinin uzadılmasıdır. Həmçinin, avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəştlərinin verilməsini, kənd təsərrüfatı gübrələri və dövlət-özəl tərəfdaşlığı layihələrində ƏDV güzəştlərinin tətbiqini də vurğulamaq istərdim. Nəhayət daha bir istiqamət vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin davam etməsi olacaq. Bu istiqamətdə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödəmələrə münasibətdə ƏDV qeydiyyat limitinin 2 dəfə artırılması, "ƏDV geri al" mexanizminin tətbiqinin genişləndirilməsi, fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcələrinin endirilməsi, "üfüqi monitorinq" nəzarət sisteminin tətbiqi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi və vergi uçotunun şəffaflığının artırılması kimi tədbirləri əhatə edir".

Seçilən
28
1
hafta.az

2Mənbələr