AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının X turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, “Karvan-Yevlax” – “Zirə” (2:3), “Turan Tovuz” – “Şamaxı” (2:1), “Qarabağ” – “İmişli” (2:0) və “Neftçi” – “Kəpəz” (5:1) matçlarında qeydə alınan ümumilikdə 5 epizodla bağlı fikirlərini bölüşüb.
Belçikalı mütəxəssis hakimlərin həmin epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.