AZ

Fəqan Məlikov VƏZİFƏSİNDƏN azad EDİLDİ

Ajans.az yeni Sabah.az-a istinadən xəbər verir ki, bu barədə departamentin sədri Rəfail Mehralıyev əmr imzalayıb. F.Məlikov işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsində azad edilib. Hələlik Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. Bu vəzifənin icrası trestin baş mühəndisi Sabir Həsənova həvalə edilib. Qeyd edək ki, oktyabrın 30-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib. Bakı meri Eldar Əzizov Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikova ciddi iradlarını bildirib.

Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəisinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılmışdı.

Seçilən
7
18
Ajans.az

10Mənbələr