AZ

Suriya Prezidenti ilk dəfə beynəlxalq iqlim sammitində iştirak edəcək

BAKI, 6 noyabr. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa 6-21 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iqlim sammitində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Əhməd Şaraanın səfəri zamanı iştirakçı ölkələrin liderləri və nümayəndə heyətləri ilə ikitərəfli görüşlər də planlaşdırılıb.

Qeyd edək ki, bu, 1995-ci ildən bəri keçirilən iqlim konfransında Suriya prezidentinin ilk iştirakıdır.

Seçilən
40
teleqraf.com

1Mənbələr