AZ

ABŞ-dakı təyyarə qəzasında ölənlərin sayı artır

ABŞ-dakı təyyarə qəzasında ölənlərin sayı artır

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin havaya qalxandan dərhal sonra qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə yüksəlib.

ABŞ-da Kentukki qubernatoru Endi Beşir keçirdiyi son mətbuat konfransında ştatın Luisvill şəhərindəki Məhəmməd Əli Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı son məlumatları paylaşıb.

Beşir iki nəfərin də həyatını itirdiyini, bununla da ümumi ölüm sayının 11-ə çatdığını və artıq dağıntı sahəsində kiminsə sağ qalacağını gözləmədiklərini bildirib.

O, ölənlərin sayının 12-yə çata biləcəyini söyləyərək, “Rəsmilər artıq ilkin yardım qruplarının təhlükəsizliyini əsas prioritet kimi görürlər”, – deyə əlavə edib.

Qubernator qəza yerində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb və indiyədək 16 ailənin yaxınlarının itkin düşdüyü barədə məlumat verdiyini bildirib.

Beşir həmçinin qeyd edib ki, qəzada yaralanan 11 nəfər ətraf xəstəxanalara yerləşdirilərək müalicə altına alınıb və təyyarədə ətraf mühit üçün təhlükə yarada biləcək xüsusilə təhlükəli yüklərin olmadığı müəyyən edilib.

Luisvill Universiteti Sağlamlıq Mərkəzinin açıqlamasına görə, yaralılardan ikisinin vəziyyəti kritikdir.

Havay ştatının Honolulu şəhərinə istiqamətlənən UPS 2976 reysi ilə uçan MD-11 tipli təyyarənin qəzaya uğrama səbəbi araşdırılır.

Seçilən
17
afn.az

1Mənbələr