AZ

11 ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb

ABŞ-də 11 ştat və Kentukki ştatının Demokrat qubernatoru Endi Beşir, yerli idarələrin fövqəladə hallar və terrorla mübarizə fondlarına məhdudiyyətlər tətbiq etdiyi üçün Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

"Cebheinfo.az" xəbər verir ki, Miçiqan, Oreqon və Arizona da daxil olmaqla, əksəriyyəti Demokrat olan 11 ştat və Kentukki qubernatoru Beşir, çərşənbə axşamı Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) qarşı Oreqonun Eugene şəhərindəki Dairə Məhkəməsinə müraciət edib.

Ştatlar və Beşir, fövqəladə hallar və terrorla mübarizə fondlarının xərclənməsi üçün ayrılan müddətin azaldılmasına və fondların əldə olunması üçün ştatların miqrasiya qanunlarına əsasən deportasiya edilən şəxslər istisna olmaqla, aktual əhali məlumatlarını təqdim etmə məcburiyyətinə etiraz ediblər.

Şikayət ərizəsində bu addımların “ictimai təhlükəsizlik və fövqəladə müdaxilə fondlarına uyğunsuz maneələr” yaratdığı iddia olunub.

“Tramp administrasiyası dəfələrlə FEMA-nın rolunu azaltmaq və fəlakət idarəçiliyinin yükünü ştatlara ötürmək istəyini dilə gətirib. Bu isə uyğunsuz bir fəlakət idarəetmə strukturu yaradır”, - iddia ərizəsində qeyd olunub.

Ştatlar “aktual əhali məlumatı” şərtini “əsassız və məntiqsiz” adlandıraraq bildiriblər ki, ştatlar real vaxtda əhali qeydiyyatını aparmır, miqrasiya səbəbindən deportasiyaların izlənməsi DHS-nin vəzifəsidir və federal qanunlar fondların ayrılması üçün əhali siyahıyaalınma məlumatlarının istifadəsini tələb edir.

Bundan əlavə, FEMA-nın fondların xərclənmə müddətini üç ildən bir ilə endirməsi ştatların resurslardan səmərəli istifadə etməsini “demək olar ki, mümkünsüz hala gətirib”.

Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü isə “Associated Press”ə verdiyi açıqlamada bu dəyişikliklərin “federal resursların səmərəli və cari təhlükəsizlik prioritetlərinə uyğun şəkildə istifadə olunmasını təmin etməyə yönəlmiş metodik bir səydən ibarət olduğunu” bildirib.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi hər il ştatlara və bölgələrə milyardlarla dollar dəyərində fəlakət idarəçiliyi və daxili təhlükəsizlik qrantları təqdim edir.Fövqəladə Halların İdarə Olunması Performans Qrantı vəsaitləri isə ştatların əhali sayına əsasən bölüşdürülür.

Seçilən
53
cebheinfo.az

1Mənbələr