AZ

“Qarabağ” 55 milyondan çoxqazanıb

Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən “Qarabağ” bərabərliyə görə 750 min avro qazanc əldə edib.

Redaktor.az xəbər verir ki, 4 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) Azərbaycan çempionunun bu mövsüm əsas mərhələdəki qazancı 4.95 milyon avroya çatıb.

“Qarabağ”ın cari “futbol ili” üçün turnirdən ümumi qazancı isə 28,65 milyon avrodur (56 milyon manat).

UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə üçün 23 milyon 700 min, qələbələrə görə 4 milyon 200 min (bir qələbə 2 milyon 100 min avro), heç-heçəyə görə isə 750 min avro ödəniş edir.

Seçilən
23
5
redaktor.az

6Mənbələr