AZ

“Mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib” – Taksi sürücüsü AYNA-dan ŞİKAYƏTÇİDİR

Binəqədi rayonu, Çiçək qəsəbəsinin sakini Abışov Vasif Yengişah oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu dfaxil olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən şikayət edən V.Abışovun müraciətini olduğu kimi dərc edirik:

“Mən, Abışov Vasif Yengişah oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2025-ci ildə müxtəlif tarixlərdə fərqli maşınlardan mənim adıma cərimələr gəlirdi. Sürücülük vəsiqəmdə 19 bal yığıldı.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi  İdarəsinə müraciət etdim. Orada məlum oldu ki, maşınlar mənə yol vərəqəsi ilə verilib. Həmin sənədi isə “Nur” MMC şirkəti verib. Mən iştirak etmədən, belə bir qanunsuzluğa əl atıblar. Yəni hüquq pozuntusu edib, iştirakım olmadan adıma sənəd veriblər.

Məsələ ilə bağlı məhkəməyə müraciət etdim. Hakim bildirdi ki, yenidən AYNA-ya müraciət et.

Lakin 2 aydan çoxdur ki, heç bir xəbər yoxdur. Baş Dövlət Yol Polisi  İdarəsinin qaynar xəttinə və AYNA-ya zəng vursam da, dəyişən heç nə yoxdur.

Taksi fəaliyyəti ilə məşğulam. Taksi işlədənlərin başına olmazın oyun açırlar. Ən maraqlısı isə odur ki, mənim xəbərim olmadan adıma buraxılış kartı və vəsiqə verilib.

AYNA dan bildirirlər ki, sahibkar istənilən şəxsin adından müraciət ünvanlaya bilər. Belə çıxır ki, Bu cür sahibkarlara “yaşıl işıq” göstərilib?! Demək istəyirlər ki, bu hüquq pozuntusu deyil...

AYNA taksi fəaliyyəti ilə məşğul olan sürücülərin mütləq idarəyə gəlməyini tələb edir. Lakin iş sənədə gələndə boş buraxırlar. Sahibkarlara icazə verilib ki, sürücülərin sənədindən xəbəri olmadan istifadə edin. Bunun başqa izahı yoxdur”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
27
1
hurriyyet.az

2Mənbələr