AZ

Bakıda itkin düşən 16 yaşlı oğlan TAPILDI - YENİLƏNİB

Bakıda itkin düşən 16 yaşlı yeniyetmə tapılıb.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub.
 
Həmin şəxs barəsində polis əməkdaşları tərəfindən axtarış elan edilib. 16 yaşlı yeniyetmənin yeri müəyyən olunub və ailəsinə təhvil verilib.
 
09:37
 
Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.
 
Moderator.az xəbər verir ki, Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan 16 yaşlı Hacızadə Səid Kamaləddin oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.
 
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.
 
Seçilən
13
1
moderator.az

6Mənbələr