AZ

Orxan Nəzərli: Dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb

Bakı, 6 noyabr, AZƏRTAC

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi 3 əsas blokdan ibarət olmaqla, ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli söyləyib.

O qeyd edib ki, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət-özəl tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir. “Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır. Hazırlanmış dəyişikliklər paketi 2026-cı ildən etibarən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb”, - deyə o əlavə edib.

Seçilən
57
azertag.az

1Mənbələr