AZ

Azərbaycanda minlərlə xəstə orqan gözləyir - donor çatışmazlığı kritik həddə çatdı

Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan insanların sayı artmaqda davam edir. Mütəxəssislər bunu meyit donorlarının çatışmazlığı ilə əlaqələndirirlər.

News365.az xəbər verir ki, məlumat Səhiyyə Nazirliyinin rəsmi “Instagram” yayımı zamanı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova tərəfindən açıqlanıb.

Abbasovanın sözlərinə görə, hazırda 4 642 nəfər dializ müalicəsi alır və bu xəstələrin təxminən 90 faizi orqan köçürülməsinə ehtiyac duyur:

“Problemin kökündə donor çatışmazlığı dayanır. Meyit donorlarının sayı yetərli olmadıqca, transplantasiya gözləyən insanların sayı artır”.

O əlavə edib ki, son zamanlar bu sahədə pozitiv dəyişikliklər hiss olunur və daha çox insan donor gözləmə prosesinə qoşularaq ümid qazanır.

News365.az 

Seçilən
36
news365.az

1Mənbələr