AZ

KXDR ABŞ ın son sanksiyalarına qarşı cavab addımları atacağını bildirib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın qanunsuz fəaliyyətlərdən əldə edilən vəsaitlərin yuyulmasında iştirak edən şəxslərə və qurumlara sanksiya tətbiq etmək qərarını "düşmənçilik" adlandıraraq cavab addımları atacağını bəyan edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, xarici işlər nazirinin müavini Kim Un Çol ABŞ-ın bir neçə Şimali Koreya bankirini və qurumunu sanksiya siyahısına əlavə etməsinə reaksiya verib.

Kim qeyd edib ki, prezident Donald Tramp administrasiyası vəzifəyə başlayandan bəri beş dəfə birtərəfli sanksiyalar tətbiq edib və bununla da Pxenyanın Vaşinqtona qarşı siyasətinin dəyişəcəyi ilə bağlı şayiələrə son qoyub.

Kim ABŞ administrasiyasının bu addımının "düşmənçilik" nümayiş etdirdiyini iddia edib və KXDR-in cavab addımları atacağını bildirib.

4 noyabrda Vaşinqton administrasiyası kibercinayətkarlıq kimi müxtəlif qanunsuz fəaliyyətlərdən əldə edilən vəsaitlərin yuyulmasında iştirak edən səkkiz şəxsə və iki quruma sanksiyalar tətbiq edib.

Şimali Koreya lideri Kim Çen In və Tramp 2018 və 2019-cu illərdə üç dəfə görüşdülər. Daha sonra Kim Vaşinqton administrasiyası ilə dialoqdan imtina edib.

Sentyabr ayında Kim ABŞ-ı uzun müddətdir ki, dayanmış diplomatiyanı bərpa etmək üçün ilkin şərt kimi nüvəsizləşdirmə tələbindən imtina etməyə çağırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
bizimyol.info

2Mənbələr