AZ

Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin məhkəməsi keçirilib

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmova, həmin şöbənin sabiq baş mütəxəssis-böyük inspektoru Ruhiyyə Məhərrəmova və əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səidə Rüstəmovanın vəkili vəsatətlə çıxış edərək məlumatların yayılmasının qarşısını almaq məqsədilə jurnalistlərin prosesdə iştirak etməməsini məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Ruhiyyə Məhərrəmovanın vəkili isə müvəkkilinin ev dustaqlığının vaxtının dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.

Seçilən
12
5
aznews.az

7Mənbələr