AZ

"Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb"

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, dondurulmuş Rusiya aktivləri ilə bağlı Kiyevin xeyrinə qərar verməyin vaxtı çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq yazı onun Teleqram kanalında yer alıb.

O, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın infrastrukturuna zərbələr endirməkdə davam etdiyinə və “təzyiqlərin kifayət etmədiyinə” işarə edib.

Siyasətçi iddia edib ki, ABŞ, Avropa və G7 ölkələri “sanksiya və tarif işlərini” davam etdirməlidirlər.

"Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb. Siyasi iradə artıq var və biz texniki həllin tez bir zamanda həyata keçirilməsini gözləyirik. Təcavüzkarın pulunun onun müharibəsindən müdafiəsi üçün istifadə olunması tamamilə ədalətlidir", - Zelenski yazıb.

Seçilən
46
1
operativmm.az

2Mənbələr