AZ

Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu 2 milyard manatı ötüb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən nəqliyyat və rabitə sektoruna verilmiş kreditlərin həcmi 2,095 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 172,6 milyon manat (9%) və ötən ilin eyni dövrü ilə müqayisədə 321,4 milyon manat (18,1%) artıb.

Eyni zamanda, 2025-ci ilin oktyabrın 1-nə real sektora kredit qoyuluşları üzrə ümumi portfel 31,042 milyard manat olub. Bu da aylıq müqayisədə 577,2 milyon manat (1,9%) və illik müqayisədə 2,6 milyard manat (9,3%) artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
12
3
fins.az

4Mənbələr