AZ

Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin məhkəməsi keçirilib

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmova, həmin şöbənin sabiq baş mütəxəssis-böyük inspektoru Ruhiyyə Məhərrəmova və əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işiüzrə məhkəməsinin növbəti prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səidə Rüstəmovanın vəkili vəsatətlə çıxış edərək məlumatların yayılmasının qarşısını almaq məqsədilə jurnalistlərin prosesdə iştirak etməməsini məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Ruhiyyə Məhərrəmovanın vəkili isə müvəkkilinin ev dustaqlığının vaxtının dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.

İttiham aktının davamı növbəti məhkəmə iclasında elan ediləcək.

Növbəti proses dekabrın 4-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

İttihamlar və seçilmiş qətimkan tədbirləri

"Cebheinfo.az"

Seçilən
11
5
cebheinfo.az

7Mənbələr