ain.az, Cebheinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın faciəli ölümü ölkə gündəminə çevrilib.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanov toyda özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, gəlin köçən Ə.İmanovanın hələ 18 yaşı tamam olmayıb və hamilə olub.Hadisədən sonra sosial şəbəkələrdə mərhumun yoldaşı və atasının məsuliyyətə cəlb olunması ilə bağlı iddialar yayılıb.
Maraqlıdır, məhz bununla bağlı sosial şəbəkələrdə yayılan iddialar doğrudur?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir.
“Mərhumun nə atası, nə də həyat yoldaşı saxlanılmayıb və onların hər hansı formada məsuliyyətə cəlb olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Hazırda hadisə ilə əlaqədar Astara Rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluq tərəfindən bütün detallar diqqətlə araşdırılır və istintaqın nəticəsi barədə yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.