AZ

Azərbaycandan gedən ilk qatar Ermənistana daxil oldu - FOTO

“Bu gün Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ilk taxıl qatarı Ermənistana daxil olur”.

XəzərNews.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, bu hadisə Vaşinqtonda əldə olunmuş razılaşmalar və Vaşinqton Bəyannaməsinin müddəalarının həyata keçirilməsi baxımından mühüm mərhələdir.

“Bir daha təsdiqləyirəm: Ermənistan artıq bu gün və ya sabahdan etibarən Marqara-Kornidzor istiqamətində, eləcə də əks istiqamətdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yükdaşımaları təmin etməyə hazırdır.

Təxminən yarım saatdan sonra həm Kornidzor, həm də Marqara tərəfdən yük maşınları sərhəd-keçid məntəqəsinə yaxınlaşalar, bu keçidi xidmətə açmağa tam hazırıq”, - Paşinyan vurğulayıb.//Publika.az






Xəbər 1 dəfə oxunub.
Seçilən
5
2
xezernews.az

4Mənbələr