AZ

Hannover hava limanı dron səbəbindən fəaliyyətini dayandırıb

Hannover

Dünən Almaniyadakı Hannover hava limanı dron fəaliyyəti səbəbindən 45 dəqiqəlik fəaliyyətini dayandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” qəzeti yazıb.

Aeroport yaxınlaşan təyyarə heyəti dron görüb, hava nəqliyyatının idarə olunması departamentinə məlumat verdikdən sonra hava limanı fəaliyyətini dayandırıb.

Məlumata görə, dron hava limanının yaxınlığındakı sənaye zonasının üzərindən uçurmuş.

Hava limanında işin dayandırılması səbəbindən üç uçuş digər hava limanlarına yönləndirilib, bir neçəsi isə təxirə salınıb.

Bu, Almaniyada bir hava limanının dron fəaliyyəti səbəbindən bir həftə ərzində üçüncü dəfə dayandırılmasıdır. 31 oktyabrda Berlin hava limanı iki saat, 2 noyabrda isə Bremen hava limanı bir saatlıq fəaliyyətini dayandırıb.

Avropa Birliyi ölkələrindəki hava limanları da naməlum dronlar səbəbindən fəaliyyətlərini müntəzəm olaraq dayandırmaq məcburiyyətində qalırlar. Son həftələrdə Belçika, Norveç, Danimarka və Fransada belə hadisələr qeydə alınıb.

Qeyd edək ki, əksər hallarda dron fəaliyyətinin Rusiyanın əməli olduğu bildirilir.

V. QULİYEV
Seçilən
13
reyting.az

1Mənbələr