DÇ-2026-nın seçmə mərhələsinin son oyunlarında Azərbaycan və Ukrayna ilə qarşılaşacaq İslandiya yığmasının heyəti müəyyənləşib.
Publika.az xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson qarşıdakı oyunlara 24 futbolçu çağırıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qeyd edək ki, islandlar D qrupu çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan, 16-da isə Varşavada Ukrayna millisi ilə qarşılaşacaq.
Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);
Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Hyordur Byörqvin Maqnusson (“Levadiakos”, Yunanıstan), Aron Einar Qunnarsson (“Al Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steinn Byarkason (“Venetsiya”, İtaliya);